🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə növbəti köç prosesi həyata keçirilir

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Bu gün Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinin hər birinə ayrı-ayrılıqda 10 ailə köçürülür. Belə ki, Təzəbinə kəndinə 44 nəfərdən ibarət 10 ailə, Seyidbəyli kəndinə isə 41 nəfərdən ibarət 10 ailə yerləşdirilir.

Məlumata görə, sözügedən kəndlərə köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Bu köçlə birlikdə Təzəbinə kəndinə qayıdan ailələrin ümumi sayı 139-a (609 nəfər), Seyidbəyli kəndinə köçürülən ailələrin sayı isə 48-ə (168 nəfər) çatacaq.