🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sietl yaxınlığında dambanın uçması səbəbilə 50 minədək sakinə təxliyə göstərişi verildi

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Sietl şəhəri yaxınlığında yerləşən Kinq qraflığının sakinlərinə təxliyə göstərişi verilib. AZƏRTAC-ın məlumatına görə, yaşayış məntəqəsinin yaxınlığındakı damba günlərdir yağan aramsız leysan yağışlarına davam gətirməyərək uçub.

Vəziyyətin təhlükəli olması səbəbindən təxminən 50 min sakinin təxliyəsi qərara alınıb. Hadisə baş verən əraziyə xilasedici qüvvələr cəlb olunub və təhlükəsizlik tədbirləri gücləndirilib.

Bildirilir ki, dambanın uçması bölgədə yerləşən “Boeing” şirkətinin zavodu üçün də risk yaradıb. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.