Azərbaycan.media xəbər verir ki, ABŞ ordusu Latın Amerikasında fəaliyyət göstərən narkotik kartellərinə qarşı quru əməliyyatlarına start verəcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Prezident qeyd edib ki, dəniz yolu ilə ABŞ-a narkotik qaçaqmalçılığı artıq 94 faiz azaldılıb. Onun sözlərinə görə, növbəti mərhələdə əsas diqqət quru əməliyyatlarına yönəldiləcək.
“Biz onlara quruda hücum etməyə başlayacağıq. Açığı, bu daha asandır. Lakin onlar ABŞ üçün birbaşa hərbi təhlükə yaradırlar. Ölkəmizi narkotiklərlə doldurmağa çalışırlar”, – deyə Donald Tramp vurğulayıb.
Oxundu: 7
