Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Nüşabə Ələsgərli var-dövləti ilə bağlı yayılan iddialara münasibət bildirib. Sənətçi “Günə uğurla” verilişində qonaq olarkən Əməkdar artist Vasif Məhərrəmlinin “Şou-biznesin ən varlı müğənnisi Nüşabə Ələsgərlidir” fikirlərinə reaksiya verib.
Müğənni bildirib ki, bu iddia həqiqəti əks etdirmir:
“Bu, doğru deyil. Vasif haqqımda danışarkən böyük səhv edib. Mən ruhən zəngin adamam. Bu dünyada hər kəs özünü hamıdan yaxşı tanıyır və mən də özümü bilirəm. Maddi cəhətdən zəngin deyiləm, normal yaşayıram. Hər kəsdə nə varsa, məndə də ondan var: bir maşın, torpaq, ev. Bizdə oğlan və qız övladı arasında fərq qoyulmur. Nəyim varsa, hər ikisinin arasında bərabər bölünüb”.
Qeyd edək ki, Vasif Məhərrəmli daha əvvəl həmkarı barədə “Qızına Belçikada, oğluna isə Estoniyanın paytaxtı Tallində ev alıb” fikrini səsləndirmişdi.
