Azərbaycan.media xəbər verir ki, sabiq baş prokuror Zakir Qaralova ağır itki üz verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun qardaşı Tahir Qaralov vəfat edib.
Bildirilir ki, Tahir Qaralov bir neçə saat əvvəl Gürcüstanın paytaxtı Tbilisidə dünyasını dəyişib.
Xatırladaq ki, Zakir Qaralov 2000–2020-ci illərdə Azərbaycanın baş prokuroru vəzifəsində çalışıb.
