🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Qiyamət” radiosu dekabrın 15-də dörd şifrəli mesaj yayımladı

Azərbaycan.media xəbər verir ki, “Qiyamət Radio Stansiyası” kimi tanınan UVB-76 dekabrın 15-də ümumilikdə dörd mesaj yayımlayıb. Bu barədə stansiyanın fəaliyyətini izləyən “UVB-76 logs” adlı Telegram kanalı məlumat yayıb.

Məlumata görə, sonuncu mesaj Moskva vaxtı ilə saat 21:23-də efirə verilib. Həmin mesajda “NZhTI 67939 BUZOTERKA 3226 4768” ifadəsi səsləndirilib.

Qeyd edək ki, günün əvvəlki saatlarında isə stansiyanın efirində “lazomig”, “linçokrin” və “vxodoşunt” sözləri eşidilib.