🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının bir sıra əsas yollarında nəqliyyat sıxlığı yaranıb – SİYAHI

Azərbaycan.media xəbər verir ki, Bakının bir sıra əsas magistral və küçələrində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə nəqliyyatın hərəkətində çətinliklər var:

  1. Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

  2. Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;

  3. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

  4. Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

  5. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində;

  6. 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;

  7. Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyədək;

  8. Heydər Əliyev prospekti – köməkçi yol, mərkəz istiqamətində;

  9. 1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;

  10. Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

  11. Tbilisi prospekti – “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

  12. Bakıxanov küçəsi – İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

  13. Bakıxanov küçəsi – Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində;

  14. Babək prospekti – mərkəz istiqamətində;

  15. Sabunçu–Zabrat şosesi – “Koroğlu” metrostansiyası istiqamətində;

  16. Qara Qarayev prospekti – “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;

  17. Mikayıl Əliyev küçəsi – Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyədək);

  18. Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

  19. Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində.

Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.