Azərbaycan.media xəbər verir ki, Rusiyanın NATO-nun şərq cinahına yaratdığı təhlükə heç vaxt tam aradan qalxmayacaq. Bu fikirləri İsveçin keçmiş xarici işlər naziri Tobias Billström səsləndirib.
Onun sözlərinə görə, Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq, Rusiya Avropa üçün ciddi təhlükə mənbəyi olaraq qalacaq və bu səbəbdən Avropa ölkələri təcili şəkildə öz müdafiə qabiliyyətlərini gücləndirməlidir.
Billström bildirib ki, Moskva NATO-nun hava məkanına pilotsuz uçuş aparatlarının müdaxiləsində iştirak edir və bu, təhlükənin miqyasını açıq şəkildə göstərir.
“Biz müharibə başa çatdıqdan sonra belə Rusiyanın İsveç kimi ölkələrə və NATO-nun şərq cinahında yerləşən qonşularına qarşı təhlükə yaradacağını nəzərə almalı və buna hazır olmalıyıq”, – deyə sabiq nazir vurğulayıb.
