🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Naxçıvanın sabiq fövqəladə hallar naziri Şamı Abdullayev vəfat edib

Azərbaycan.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının keçmiş fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev dünyasını dəyişib.

 63 yaşlı general bir müddət əvvəl infarkt keçirib. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Şamı Abdullayev 2023-cü ildə tutduğu vəzifədən azad edilmişdi.