Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sülh danışıqlarının müzakirəsi məqsədilə Almaniyaya səfər edib. Bu barədə “Zeit” nəşri məlumat yayıb.
Bildirilib ki, dekabrın 15-də Berlində Almaniya kansleri Fridrix Merz və Prezident Vladimir Zelenskinin iştirakı ilə sülh danışıqlarına dair mühüm görüş keçiriləcək. Tədbirdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, eləcə də Avropa Birliyi və NATO-nun yüksək vəzifəli rəsmiləri də iştirak edəcəklər.
Məlumata görə, ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Jared Kuşner də görüşdə iştirak etmək üçün artıq Berlinə gəliblər.
