Azərbaycan.media xəbər verir ki, Qusar rayonunun Yuxarı Ləgər kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən daxil olan məlumata görə, “112” qaynar telefon xəttinə avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaş barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində aparılan ilkin araşdırma zamanı məlum olub ki, “KİA” markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb və bir qadın köməksiz vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər tərəfindən qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
