Azərbaycan.media xəbər verir ki, Papa XIV Leo Ukraynaya səfər etməyə hazır olduğunu bildirib. Bu barədə ANSA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Vatikan artıq Papaya Ukraynaya səfər etməyə imkan verəcək plan hazırlayıb.
Papa özü isə bildirib: “Ümid edirəm ki, Ukraynaya səfər baş tutacaq, amma nə vaxt baş tutacağını bilmirəm. Belə şeylərdə realist olmaq lazımdır”.
