🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qar yağışı və buzlaşma sürücülər üçün risk yaradır, tövsiyələr verildi

Azərbaycan.media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur və ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənlik və buzlaşma riskini artırır.

BDYPİ sürücülərə aşağıdakı tövsiyələrə əməl etməyi tövsiyə edir:

Nəqliyyat vasitəsinin texniki vəziyyətini, xüsusilə əyləc sistemi, sükan idarəetməsi və işıqlandırma qurğularını əvvəlcədən yoxlayın;

Mövsümə uyğun təkərlərdən istifadə edin;

Hərəkət zamanı sürət həddini hava və yol şəraitinə uyğun seçin, kəskin manevr və qəfil tormozlamadan çəkinin;

Avtomobillər arasında təhlükəsiz ara məsafəsini qoruyun;

Körpülərdə, açıq sahələrdə və enişli-yoxuşlu yol hissələrində daha diqqətli olun;

Yol və hava şəraiti ilə bağlı rəsmi məlumatları izləyin, zərurət olmadıqca riskli istiqamətlərdə hərəkət etməyin.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə və diqqətli olmağa çağıraraq həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmələrini xahiş edir.