🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyədə ana və körpə ölümü göstəriciləri tarixi minimuma enib

Azərbaycan.media xəbər verir ki, ötən ilin yekunlarına əsasən, Türkiyədə ana ölümü nisbəti tarixi minimum səviyyəyə – 11,5 faizə düşüb. Bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu ölkə parlamentində çıxışı zamanı məlumat verib.

Nazir bildirib ki, 2002-ci ildə Türkiyədə ana ölümü göstəricisi hər 100 min doğuşa 64 hal təşkil edib. Aparılan ardıcıl islahatlar və səhiyyə sisteminin gücləndirilməsi nəticəsində bu rəqəm əhəmiyyətli dərəcədə azalıb.

Kemal Memişoğlu körpə ölümü nisbətinin də minimum həddə endiyini vurğulayıb. Onun sözlərinə görə, 2024-cü ildə Türkiyədə hər min yeni doğulmuş körpəyə orta hesabla 8,4 ölüm hadisəsi qeydə alınıb ki, bu da ölkə tarixində ən aşağı göstəricidir.

Nazir, eyni zamanda, son illər Türkiyənin səhiyyə sistemində həyata keçirilən dəyişikliklərdən danışıb. O qeyd edib ki, son 20 ildə ölkədə səhiyyə işçilərinin sayı 5 dəfə artaraq 1,5 milyon nəfərə çatıb.

Bundan əlavə, son 23 il ərzində Türkiyədə səhiyyə müəssisələrinin 80 faizinin təmir edildiyi və yeniləndiyi bildirilib.