🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sidneydə silahlı insidentlə bağlı yeni detallar – Silahsız şəxs caninin qarşısını aldı

Azərbaycan.media xəbər verir ki, Avstraliyanın Sidney şəhərində yerləşən məşhur Bondi çimərliyində baş verən dəhşətli silahlı insidentlə bağlı yeni təfərrüatlar üzə çıxıb. Hadisə nəticəsində 10 nəfərin öldüyü, 20-yə yaxın şəxsin isə yaralandığı bildirilir.

Atışma zamanı şübhəli şəxslərdən birinin qarşısı silahsız bir mülki şəxs tərəfindən alınıb. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda yoldan keçən şəxsin arxadan silahlı adama doğru qaçaraq onun silahını ələ keçirdiyi görünür. Bundan sonra silahlı şəxs qaçmağa cəhd edir və görüntülər burada bitir.

Polisin açıqlamasına görə, insidentdə şübhəli bilinən hər iki şəxs saxlanılıb. “ABC News” bildirir ki, hazırda vəziyyət tam nəzarət altındadır və təhlükə aradan qaldırılıb.

Yeni Cənubi Uels Təcili Yardım Xidməti isə hadisə zamanı yaralanan 16 nəfərin yerli xəstəxanalara çatdırıldığını açıqlayıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.