🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qəzzada HƏMAS-ın yüksək rütbəli zabiti silahlı hücum nəticəsində öldürülüb

Azərbaycan.media xəbər verir ki, HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzza zolağının mərkəzində silahlı şəxslər tərəfindən qətlə yetirilib.

 Bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polkovnik-leytenant Əhməd Zəmzəm səhər saatlarında Maqazi qaçqın düşərgəsində güllələnib.

Hadisə ilə əlaqədar şübhəli bilinən şəxslərdən biri saxlanılıb, lakin onun kimliyi açıqlanmır. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.