Azərbaycan.media xəbər verir ki, “Kuruluş: Osman” serialından ayrılması ilə gündəmə gələn məşhur türkiyəli aktyor Burak Özçivit bu dəfə bağladığı iri məbləğli reklam müqaviləsi ilə diqqət çəkib.
Aktyor yeni reklam layihəsindən 45 milyon Türkiyə lirəsi gəlir əldə edəcək. Burak Özçivit “İstanbulun ən gözəl qızı” adlı layihədə iştirak edəcək və layihənin əsas sponsoru olan tikinti şirkətinin reklam çarxlarında rol alacaq.
Xatırladaq ki, Burak Özçivit baş rolunu canlandırdığı “Kuruluş: Osman” serialında yeni mövsüm üçün hər bölümə 4 milyon lirə qonorar tələb etdiyi üçün prodüser şirkəti ilə razılığa gələ bilməmiş və layihədən ayrılmışdı. Məlumata görə, məşhur aktyorun ümumi sərvəti artıq 1 milyard lirəni ötüb.
Oxundu: 8
