🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ-da universitet kampusunda silahlı insident: ölən və yaralananlar var

Azərbaycan.media xəbər verir ki, ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetinin kampusunda silahlı insident baş verib.

Azərbaycan.media-nın“Associated Press”ə istinadən yaydığı məlumata görə, atışma nəticəsində azı iki nəfər ölüb, doqquz nəfər isə ağır yaralanıb. Providens şəhərinin meri Brett Smayli dekabrın 13-də keçirdiyi mətbuat konfransında hadisənin günorta saatlarından sonra baş verdiyini təsdiqləyib.

Bundan əvvəl Providens polisi insident zamanı ölənlərin olduğunu açıqlamışdı. “ABC” telekanalının məlumatına görə, atışma məhz Braun Universitetinin kampusunda qeydə alınıb. Hadisənin motivləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

“Associated Press” bildirib ki, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.