🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xəzər dənizində 3.1 bal gücündə zəlzələ qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, Xəzər dənizində zəlzələ baş verib.

 Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, yeraltı təkanlar saat 20:33-də qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.1, ocağının dərinliyi isə 72 kilometr olub. Yeraltı təkanlar ətraf ərazilərdə hiss olunmayıb.