Azərbaycan.media xəbər verir ki, Almaniya əhalisinin əksəriyyəti 16 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələrdən istifadənin qadağan olunmasını dəstəkləyir.
Bu barədə “Bild” qəzetinin sifarişi ilə INSA sosioloji institutu tərəfindən keçirilən sorğunun nəticələrində qeyd olunub. Sorğunun nəticələrinə əsasən, respondentlərin 60 faizi Avstraliya nümunəsində olduğu kimi, 16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə qadağa tətbiq edilməsinin tərəfdarıdır.
Araşdırmada iştirak edənlərin 24 faizi bu təşəbbüsə qarşı çıxıb. Respondentlərin daha 16 faizi isə mövzuya biganə qaldığını bildirib və ya suala cavab verməkdə çətinlik çəkib.
