Azərbaycan.media xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan xəstə həkimlərin 45 dəqiqəlik səyləri nəticəsində həyata qaytarılıb.
Pasiyentin həyatını xilas edən həkim Jalə Müslümova Baku TV-yə açıqlamasında bu hadisənin ona böyük sevinc bəxş etdiyini bildirib.
“Allah bizim əməyimizi itirmədi. Sözügedən xəstə cavan olmasına baxmayaraq, 6 uşaq anasıdır. Bir ana öz övladlarının yanına sağlam qayıtdı”, – həkim qeyd edib.
