Sabirabadda Kürdə boğulan şəxsin meyiti tapılıb

Azərbaycan.media xəbər verir ki, Sabirabadda 3 gün əvvəl Kür çayına düşərək boğulan şəxsin meyiti tapılıb.

Məlumata görə, Şıxsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Alməmmədov Anar Şamil oğlu bu gün sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.