🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Müdafiə Nazirliyində yeni yüksək vəzifə təyinatı olub

Azərbaycan.media xəbər verir ki, Müdafiə Nazirliyində yüksək vəzifəyə yeni təyinat həyata keçirilib.

Məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.

Qeyd edək ki, sözügedən vəzifədə əvvəl general-leytenant Zakir Ağayev çalışıb. O, ötən il təqaüdə göndərilib.

Yeni təyin olunan Elmir İbrahimov bundan əvvəl Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub, daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısıdır. O, Vətən müharibəsində isə xüsusi təyinatlı komandir kimi döyüşlərə qatılıb.