Misli Premyer Liqası: XV tura “Şamaxı”nın qələbəsi ilə start verildi

Azərbaycan.media xəbər verir ki, Misli Premyer Liqasında XV turun oyunlarına start verilib.

İlk oyun günündə “Şamaxı” doğma meydanda “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Qonaqların heyətində Giorgi Papunaşvili 8-ci dəqiqədə hesabı açsa da, meydan sahibləri Alfons Msanqanın (54) və Karim Rossinin (61) qolları ilə geridönüşə imza atıblar.

Bu nəticədən sonra “Şamaxı” 20 xalla turnir cədvəlində 7-ci, “Zirə” isə 27 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, XV turun digər oyunları da qarşıdakı günlərdə keçiriləcək. “Kəpəz” – “Qəbələ” və “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmaları dekabrın 14-də, “İmişli” – “Karvan-Yevlax” və “Neftçi” – “Sumqayıt” oyunları isə dekabrın 15-də baş tutacaq. Turun oyunlarına dekabrın 15-də yekun vurulacaq.