1-ci Fəxri Xiyabanda Cabir Novruzun xatirəsi ehtiramla yad edildi

 

Azərbaycan.media xəbər verir ki, bu gün 1-ci Fəxri Xiyabanda ölməz şairimiz Cabir Novruzun əziz xatirəsi böyük hörmət və ehtiramla anılıb.

Anım mərasimində Milli Elmlər Akademiyasının tanınmış siması Rasim Nəbioğlu, “ÇARÇI” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, görkəmli bəstəkar Oqtay Kazıminin oğlu və ailə dostu Elçin Kazımi, Cabir Novruz adına Mədəniyyət Fondunun mətbuat katibi Elşad Qasımov, Azərbaycanın qəhrəman oğlu, şəhid Emin Mahmudovun anası və bacısı, Xızılı şair və tərcüməçi Ağasəfanın oğlu Emin, siyasi şərhçi Ramazan Bağırov, Xalq artisti Əliabbas Qədirovun oğlu İlham Qədirov, şairin qohumu Günay Novruz, eləcə də şeirə və sözə dəyər verən çoxsaylı ziyalılar iştirak ediblər.

Mərasimdə Cabir Novruzun Azərbaycan ədəbiyyatındakı əvəzsiz xidmətləri xatırlanıb, onun zəngin yaradıcılıq irsinin gələcək nəsillər üçün əhəmiyyəti vurğulanıb.

Tədbirdə iştirak edən hər kəsə ailə adından dərin minnətdarlıq ifadə olunub.

 

Mənbə: Azərbaycan.media