Azərbaycan.media xəbər verir ki, “Boeing” şirkəti tərəfindən hazırlanmaqda olan iki yeni “Air Force One” prezident təyyarəsinin birincisinin ABŞ-a təhvili daha bir il gecikərək 2028-ci ilin ortalarına planlaşdırılıb.
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, “Boeing” layihə üzrə işlərdə müəyyən irəliləyiş əldə olunduğunu bildirib və əsas diqqətin təyyarələrin təhvil verilməsinə yönəldildiyini açıqlayıb. Şirkətdən qeyd edilib ki, ABŞ üçün iki yüksək səviyyəli “Air Force One” təyyarəsinin vaxtında istifadəyə verilməsi əsas prioritetdir.
Xatırladaq ki, bu, layihə üzrə növbəti gecikmədir və ümumilikdə proqram artıq dörd ildir ləngiyir.
Məlumata görə, Prezident Donald Tramp “Boeing”in fəaliyyəti ilə bağlı narazılığını ifadə etsə də, alternativ variant kimi Avropa istehsalçısı “Airbus”un seçilməsini istisna edib.
