Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa İttifaqına üzvlük prosesi çərçivəsində üzləşdiyi maneələrdən danışıb.
Türkiyə bürosunun məlumatına görə, Prezident bildirib ki, Türkiyə artıq 50 ildir bu prosesin tamamlanmasını gözləyir, lakin bu müddət ərzində müxtəlif bəhanələrlə davamlı yubatmalarla qarşılaşıb.
“50 ili geridə qoyduq. Təəssüf ki, bizi söz oyunları ilə məşğul etdilər və bu yubatma prosesi hələ də davam edir. NATO-nun ikinci ən böyük quru ordusuna sahibik. Bu müddətdə gizli və açıq məhdudiyyətlərə, hətta embarqolara məruz qaldıq. Buna baxmayaraq, müdafiə imkanlarımızı inkişaf etdirməyə davam etdik. Avropadan atılacaq addımlar bundan sonrakı mərhələni müəyyən edəcək”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
