Gəncədə yük avtomobili qadın piyadanı vuraraq öldürdü

Azərbaycan.media xəbər verir ki, Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü Rəna Məmmədovanı vurub. 59 yaşlı qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlkin məlumata əsasən, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus olub.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.