Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar–noyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 100 milyon kVt-saat elektrik enerjisi istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 51 milyon kVt-saat və ya təxminən 2 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 572,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin ilk 11 ayı ilə müqayisədə 52,3 milyon kVt-saat və ya 10,1 faiz artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda ümumilikdə 3 milyard 96 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Bununla yanaşı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilən məhsulların həcmi 597,5 milyon manat təşkil edib.
