Azərbaycan.media xəbər verir ki, bu gün Tbilisidə Uşaq Avroviziya Mahnı Müsabiqəsinin finalı keçiriləcək.
Gürcüstan bürosu xəbər verir ki, final şousu yerli vaxtla saat 20:00-da başlayacaq. Avropanın ən nüfuzlu uşaq musiqi yarışmasının final mərhələsində 18 Avropa ölkəsindən olan iştirakçılar səhnəyə çıxacaq.
Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edəcək.
Tamaşaçılar jesc.tv saytı vasitəsilə səs verə bilərlər. Qeyd edək ki, səsvermə canlı yayım başladığı vaxt – saat 20:00-da müvəqqəti olaraq dayandırılacaq. Bütün 18 iştirakçı səhnəyə çıxdıqdan sonra isə səsvermə 15 dəqiqəlik ikinci mərhələ üçün yenidən açılacaq.
Oxundu: 5
