Azərbaycan.media xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər Müşfiq Hüseynov və Anar Əsgərov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, M.Hüseynovdan ümumi çəkisi 7 kiloqram olan psixotrop maddə metamfetamin, həmçinin narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kiloqram tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb.
Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla müəyyən edilən İran vətəndaşından satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
