Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti dekabrın 14-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti gözlənilir. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağıb. Gündüz yağışların tədricən kəsilməsi gözlənilir. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz isə 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.
Ölkənin rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə leysan xarakterli intensiv yağışların və qara keçmənin ehtimalı var. Gündüz yağışların tədricən kəsəcəyi, bəzi yerlərdə isə arabir duman olacağı gözlənilir. Qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 7-11 dərəcə isti, dağlıq zonalarda isə gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
