Sumqayıtda 27 yaşlı qadın abortdan sonra vəfat edib

Azərbaycan.media xəbər verir ki, Sumqayıtda 27 yaşlı qadın abortdan sonra həyatını itirib.

Hadisə Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib.

Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra onun vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbləri araşdırılır.