Azərbaycan.media xəbər verir ki, Rusiya–Ukrayna müharibəsində daha bir azərbaycanlı hərbçi həyatını itirib.
Bu barədə məlumatı sosial şəbəkədə hərbi bloger Tofiq Şahmuradov paylaşıb. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi olmuş, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilən tibb xidməti kapitanı Qafur Cəmaləddin oğlu Həsənov Ukraynada gedən döyüşlər zamanı həlak olub.
Bildirilib ki, Q.Həsənov Azərbaycan Ordusundan ehtiyata buraxıldıqdan sonra Rusiyaya gedib və Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada aparılan hərbi əməliyyatlarda iştirak edib.
Oxundu: 7
