Azərbaycan.media xəbər verir ki, dekabrın 13-ü saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında arabir yağış yağıb, Sarıbaşda (Qax) isə qar müşahidə olunub.
Düşən yağıntının miqdarı Qubada 4 mm, Şabran, Ordubad, Culfa, Xaçmaz, Qusar, Naxçıvan, Sədərək, Şahbuz, Qobustan, Lənkəran, Gədəbəy, Balakən, Xaltan, İmişli və Yardımlıda 3 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm təşkil edib.
Bəzi bölgələrdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18 m/s, Qobustanda isə 16 m/s-dək güclənib.
Sumqayıt, Şərur, Ordubad, Sədərək, Göygöl, Şəmkir, Balakən, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Göyçay, Sabirabad, Kürdəmir, Biləsuvar və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi bəzi yerlərdə 200 metrədək məhdudlaşıb.
Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı müşahidələri davam etdirir.
