Göygöldə “VAZ 2106” markalı avtomobildə yanğın baş verib

Azərbaycan.media xəbər verir ki, Göygöl rayonunda yanğın hadisəsi qeydə alınıb.

Rayon sakininə məxsus “VAZ 2106” markalı minik avtomobilində yanğın baş verib.

Hadisə barədə məlumat daxil olduqdan sonra dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın operativ şəkildə söndürülüb, avtomobil yanğınsöndürənlər tərəfindən mühafizə altına alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.