50 yaşdan sonra arıqlamağa kömək edən 7 səhər yeməyi

Azərbaycan.media xəbər verir ki, 50 yaşdan sonra maddələr mübadiləsinin zəifləməsi, hormonal dəyişikliklər və əzələ kütləsinin azalması arıqlamağı çətinləşdirir. Lakin səhər yeməyində doğru seçimlər qarın yağının azalmasına ciddi şəkildə dəstək ola bilər.

“Eat This, Not That” üçün məqalə yazan sertifikatlı idman dietoloqu Tara Kollinqvud bildirir ki, qarın yağını yandıran tək bir möcüzəvi məhsul yoxdur, lakin protein, lif və faydalı yağların düzgün kombinasiyası maddələr mübadiləsini stimullaşdırır, qan şəkərini sabit saxlayır və toxluq hissini uzadır.

Diyetoloqa görə, 50 yaşdan sonra qarın yağının azalmasına kömək edən ən faydalı 7 səhər yeməyi məhsulu bunlardır:

1. Yumurta
Yüksək keyfiyyətli proteinlə zəngindir, uzun müddət toxluq yaradır və əzələlərin qorunmasına kömək edir. Zülal və yağın balansı qan şəkərini sabit saxlayır.

2. Yunan yoğurtu
Protein və probiotiklərlə zəngin olması toxluğu artırır və bağırsaq sağlamlığını dəstəkləyir. Şəkərsiz, sadə variant seçilməsi tövsiyə olunur.

3. Yulaf
Həll olunan lif maddələr mübadiləsini tənzimləyir, qan şəkərini sabit saxlayır və qarın yağının azalmasına kömək edir. Ürək sağlamlığı üçün də çox faydalıdır.

4. Giləmeyvələr
Antioskidant və liflə zəngindir. Təbii şirinlik verir, iştahanı tənzimləyir və şəkər istəyini azaldır.

5. Qoz-fındıq və qoz yağı
Sağlam yağlar, protein və liflə dolu bu məhsullar doyumluluğu artırır və gün ərzində artıq yeməni azaldır.

6. Avokado
Təkli doymamış yağlarla zəngin olan avokado qarın yağının azalması ilə əlaqələndirilir. Tost və ya yumurta ilə balanslı səhər yeməyi yaradır.

7. Tam taxıllar və yüksək lifli məhsullar
Tam buğda çörəyi, kinoa və lifli yulaf yavaş həzm olunan karbohidrat təmin edir və uzun müddət toxluq hissi yaradaraq piy yığılmasının qarşısını alır.

Bu məhsulların nizamlı istehlakı həm çəkiyə, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.