606 hərbi qulluqçu növbəti il tam təmirli mənzillə təmin olunacaq

Azərbaycan.media xəbər verir ki, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 606 nəfər hərbi qulluqçu tam təmirli mənzillərlə təmin ediləcək.

Maliyyə Nazirliyinin məlumatına görə, mənzillər cari il üzrə dövlət büdcəsində ayrılmış vəsait hesabına alınıb və növbəti il hərbi qulluqçulara təqdim olunacaq.

Qeyd edək ki, bu günə qədər dövlət vəsaiti hesabına ümumilikdə 4 167 hərbi qulluqçu mənzillə təmin olunub.