Azərbaycan.media xəbər verir ki, Hindistanın Maharaştra ştatının Çandrapur dairəsində dəhşətli hadisə baş verib. Xarici KİV-lərin məlumatına görə, Kavadşi kənd sakinləri 45 yaşlı fermer Şeşram Zadenin meyitini yol kənarında aşkarlayıblar.
Aparılan baxış zamanı onun pələng tərəfindən hücuma məruz qaldığı və vəhşi heyvanın meyitin bir hissəsini yediyi müəyyən edilib. Hadisə ilə bağlı Meşə təsərrüfatı departamenti Zadenin ailəsinə 30 min rupi (təxminən 565 manat) kompensasiya ayırıb.
Qeyd edək ki, bu, cari ilin əvvəlindən Çandrapur dairəsində vəhşi heyvanlar tərəfindən qeydə alınan 42-ci ölüm hadisəsidir. Onlardan 38-nin pələnglərin payına düşdüyü bildirilir. Digər ölüm hallarının səbəbi isə iki leopard, bir kəl və bir fil olub.
