Naxçıvanda yas mərasimində kütləvi zəhərlənmə: 20-dən çox şəxs xəstəxanaya çatdırılıb

Azərbaycan.media xəbər verir ki, Naxçıvanın Babək rayonunun Kültəpə kəndində dəm qazından kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

 20-dən çox şəxs yas mərasimi zamanı dəm qazından zəhərlənib. Zərərçəkənlər Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.