ABŞ-ın tənqidinə cavab: Von der Leyen Avropanın seçki suverenliyini vurğuladı

Azərbaycan.media xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ABŞ administrasiyasının Avropanın demokratik proseslərinə müdaxilə etməməli olduğunu bəyan edib.

Xarici mediaya istinadən verilən məlumatda bildirilir ki, von der Leyen bu açıqlaması ilə Vaşinqtonun son Milli Təhlükəsizlik Strategiyası və sənəddə Aİ-yə yönəlik tənqidi fikirlərə etirazını ifadə edib.

Ursula von der Leyen vurğulayıb ki, Avropada liderlik və seçkilərlə bağlı qərarlar yalnız seçicilərin ixtiyarındadır:

“Seçkilərlə bağlı ölkənin rəhbərinin kim olacağı barədə qərar vermək bizim işimiz deyil, bu, yalnız həmin ölkənin xalqının işidir. Seçicilərin suverenliyi qorunmalıdır”.

Qeyd edək ki, ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında Avropada növbəti 20 ildə “sivilizasiyanın silinməsi” təhlükəsi barədə xəbərdarlıq yer alıb.