Azərbaycan.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək, ölkənin əksər bölgələrində isə 13-ü gündüzdən 14-ü gündüzədək güclü külək gözlənilir.
Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq yayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadası, eləcə də Şəki, İsmayıllı, Qəbələ, Qobustan, Hacıqabul, Oğuz, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Ağstafa, Qazax, Kəlbəcər, Laçın, Neftçala, Daşkəsən, Gədəbəy, Balakən, Qax və Zaqatalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi 20.8–28.4 m/san-dək güclənəcək.
Salyan, Şirvan, Sabirabad, Şamaxı, Ağsu, Göyçay, Quba, Tovuz, Şəmkir, Goranboy, Gəncə, Göygöl, Ağdam, Ağdaş, Kürdəmir, Yevlax, Naftalan, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Biləsuvar, Zəngilan, Füzuli, Qubadlı və Beyləqanda isə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
