Naxçıvanda 23 qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə xəstəxanaya aparılıb

Azərbaycan.media xəbər verir ki, Naxçıvanın Babək rayonunun Kültəpə kəndindən Yoluxucu Xəstəliklər Mərkəzinə ümumilikdə 23 qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə gətirilib.

Naxçıvan Səhiyyə Nazirliyinin “Qafqazinfo”nun sorğusuna cavabında bildirilib ki, tibbi müayinələr nəticəsində həmin şəxslərdən 8-də dəm qazından zəhərlənmə faktı təsdiqlənib.

Məlumata görə, bütün pasiyentlərə lazımi tibbi yardım göstərilib, vəziyyətləri qiymətləndirilib. Zərərçəkənlər arasında ağır halda olan şəxs qeydə alınmayıb.

Səhhəti stabilləşən şəxslər ambulator müalicəyə buraxılıb. Hazırda Mərkəzdə stasionar müalicə alan pasiyent yoxdur.