Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşmək üçün Berlinə səfər edəcək.
“Bild” nəşrinin mənbələrinə əsasən, Zelenski bazar ertəsi Berlinə yollanacaq və üç Avropa ölkəsinin liderləri ilə birgə danışıqlar aparılacaq.
Görüşdə Ukrayna ilə bağlı təhlükəsizlik məsələləri və regional proseslərin müzakirə ediləcəyi gözlənilir.
Oxundu: 3
