Azərbaycan.media xəbər verir ki, sabah axşamdan dekabrın 14-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, 13-ü gündüzdən 14-ü gündüzədək isə əksər bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadası, Şəki, İsmayıllı, Qəbələ, Gəbustən, Hacıqabul, Oğuz, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Ağstafa, Qazax, Kəlbəcər, Laçın, Neftçala, Daşkəsən, Gədəbəy, Balakən, Qax və Zaqatalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək və sürəti 20,8–28,4 m/san olacaq.
Salyan, Şirvan, Sabirabad, Şamaxı, Ağsu, Göyçay, Quba, Tovuz, Şəmkir, Goranboy, Gəncə, Göygöl, Ağdam, Ağdaş, Kürdəmir, Yevlax, Naftalan, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Biləsuvar, Zəngilan, Füzuli və Qubadlıda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, sürəti 13,9–20,7 m/san təşkil edəcək.
