Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə Aşqabadda keçirilən “Beynəlxalq sülh və etimad ili – 2025” forumu çərçivəsində görüşündə Pakistan və Əfqanıstan arasında atəşkəsin uzadılmasını məmnunluqla qarşıladığını bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə atəşkəs rejiminə dəstək üçün yaradılan mexanizmə töhfəsini verməyə hazırdır.
