Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin Aşqabadda baş tutan görüşündə bir sıra əhəmiyyətli məsələlər müzakirə olunub.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi görüşlə bağlı açıqlama yayıb. Bildirilib ki, liderlər Türkiyə–Rusiya münasibətləri, Rusiya–Ukrayna müharibəsində sülh səyləri və Aİ-nin Rusiya aktivlərinin dondurulması kimi məsələlərə toxunublar.
Ərdoğan müharibənin ədalətli və davamlı sülh ilə başa çatmasının vacibliyini vurğulayıb və enerji obyektləri ilə limanları əhatə edən məhdud atəşkəsin faydalı ola biləcəyini bildirib. Türkiyənin sülh prosesini yaxından izlədiyi və istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazır olduğu qeyd olunub.
Görüşdə həmçinin Fələstin və Suriyadakı son hadisələr, eləcə də Cənubi Qafqazda sülh prosesinə dair məsələlər müzakirə edilib.
