Tailand parlamenti buraxıldı – Baş nazir Anutin Çarnvirakul rəsmi qərarı açıqladı

Azərbaycan.media xəbər verir ki, Tailand və Kamboca arasında sərhəddə toqquşmaların yenidən gərginləşdiyi bir vaxtda Tailand parlamenti buraxılıb. Bu barədə Baş nazir Anutin Çarnvirakul rəsmi bəyanat yayıb.

Baş nazir çıxışında bildirib: “Müvafiq həll yolu parlamenti buraxmaqdır. Bu, siyasi hakimiyyəti xalqa qaytarmağın bir yoludur”.

Məlumata görə, ölkədə növbəti seçkilər kralın təsdiqindən 45–60 gün sonra keçiriləcək. Bu dövr ərzində Anutin Çarnvirakul məhdud səlahiyyətlərlə müvəqqəti hökumətə rəhbərlik edəcək və kabinet yeni dövlət büdcəsi qəbul etmək səlahiyyətinə malik olmayacaq.