Azərbaycan.media xəbər verir ki, İsrail ordusu Livanın cənubunda Hizbullahın hərbi və təlim düşərgələrini hədəfə alaraq hava zərbələri həyata keçirib. Bu barədə məlumatı Livan mətbuatı yayıb.
Məlumata görə, ümumilikdə azı 10 hava hücumu təşkil edilib. Hazırda ölən və yaralananlarla bağlı rəsmi məlumat yoxdur.
İsrail ordusunun sözçüsü Aviçay Adrai açıqlamasında bildirib ki, hücumlar nəticəsində Hizbullahın “Radvan” komando bölməsinə məxsus bazalara, yeraltı sığınacaqlara və sursat anbarlarına ciddi ziyan vurulub.
Oxundu: 3
