Azərbaycanın əhalisi 10 milyon 256 min nəfəri ötüb

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın əhalisinin sayı ilin əvvəlindən 32 109 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il noyabrın 1-nə 10 milyon 256 min 998 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Rəsmi statistikaya əsasən, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini isə kənd sakinləri təşkil edir. Cins nisbətinə gəlincə, əhalinin 49,8 faizi kişilərdən, 50,2 faizi isə qadınlardan ibarətdir.

2025-ci ilin ilk on ayı ərzində ölkədə 49 846 ölüm halı qeydə alınıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi dəyişməyərək 5,8 səviyyəsində qalıb.